Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

“Bu günün dəyişən iqlim şəraitində pambıqçılığın vəziyyəti, problemlər və həlli yolları” mövzusunda elmi-praktik seminar keçirilib

03.07.2024

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun və KTN-nin Bitkiçiliyin Təşkili və Monitorinqi şöbəsinin birgə təşkilatçılığı ilə “Bu günün dəyişən iqlim şəraitində pambıqçılığın vəziyyəti, problemlər və həlli yolları " (COP 29) mövzusunda Seminar təşkil olunmuşdur.

Seminarda KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdir müavini Fərman Kərimov, MKT İK MMC-nin Araşdırma və İnkişaf bölməsinin rəhbəri və Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının sədri Fərid Firudinov, Samux Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor və dosentləri, pambıqçılıq rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM), pambıq tədarükü və emalı ilə məşğul olan iri şirkətlərin rəhbərləri və nümayəndələri, alimlər, mütəxəssislər və pambıqçı fermerlər iştirak ediblər. Seminarda institutun direktoru bildirib ki, iqlim dəyişmələri dünyanı narahat edən qlobal problemlərdən biridir. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artmışdır. İqlim dəyişikliyinə ən çox zəif olan sahələrdən biri də kənd təsərrüfatı sektorudur. Dünyanın hər yerində kənd təsərrüfatı hava şəraitindən asılıdır. Kənd təsərrüfatının iqlim dəyişikliyinə uyğunlaşması məsələsi təkcə aqrar sektorun nümayəndələrini deyil, həm də alimləri narahat edir. Seleksionerlər iqlim dəyişikliyi səbəbindən su çatışmazlığına və ya artıqlığına, həmçinin temperatur dəyişikliyinə daha davamlı olan yeni bitki növləri yetişdirirlər. Belə ki, iqlim dəyişikliyi fermerləri davamlı olaraq yüksək məhsul əldə etmək üçün yeni təcrübələr axtarmağa məcbur edir. Tədbirdə iştirak edən fermerlər kənd təsərrüfatı sektorunda dövlətimizin daima dəstəyini hiss etdiklərini vurğulayaraq pambıqçılıq sektorunda istehsal xerclərinin artması fonunda pambığa ayrilmiş dövlət subsidiyasının artitilmasını xahiş ediblər. Bu görüşdə həmçinin tripslə mübarizədə ortaya çixan çətinliklərdən, alaqlara qarşı mübarizədən söhbət açılıb.