Mayın 27-də Biləsuvar Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunan 5 km məsafəyə qaçış üzrə rayon birinciliyi keçirilib.
Keçirilən turnirdə MKT Biləsuvar filialının əməkdaşları da iştirak etmişdir. Yarışın sonunda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı qalibləri təbrik edərək, onlara uğurlar arzulayıb.
Sonra qaliblərə medallar, Fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
EN
RU