Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru
Şirkət Rəhbərinin Müraciəti

Rövşən Mahmudov

İcraçı Direktor

Şirkət Rəhbərinin Müraciəti

"Prime Cotton" MMC, Azərbaycanın pambıqçılıq sənayesində lider şirkətlərdən biridir. Qeyri-neft sektorundakı 25 ildən artıq təcrübəmizdən faydalanaraq mükəmməlliyə, innovasiyalara və dayanıqlılığa sadiqliyimiz dəyişməz olaraq qalır.

Prezident İlham Əliyevin pambıqçılıq sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı, bu sektorun inkişafında mühüm rol oynayır. Prezidentin təşəbbüsü ilə tətbiq olunan müasir texnologiyalar və innovativ metodlar sayəsində pambıqçılıqda məhsuldarlıq artmış, məhsullarımız dünya bazarlarında rəğbət görməyə başlamışdır.

Şirkətimizdə rəqəmsallaşma və avtomatlaşdırma istiqamətində atılan addımlar ölkəmizdə pambıqçılıq sektorunda rəqabətli mühitin formalaşmasına səbəb olmuşdur. Ən son texnologiyaların tətbiqi ilə xəstəlik və zərərvericilərin aşkarlanması və müasir texnika ilə məhsulun yığımı kimi innovativ həllər, həm məhsuldarlığı artırır, həm də əməyin səmərəliliyini yüksəldir.

Azərbaycanda gənc nəslin aqronomiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək önəmlidir. Təhsil və təlim proqramlarımız vasitəsilə gəncləri müasir kənd təsərrüfatı texnologiyaları ilə tanış edir, onları gələcəyin aqronomlarına çeviririk. Gənclərin bu sahədə qazandıqları bilik və təcrübə, həm kənd təsərrüfatı sektorunun, həm də ölkə iqtisadiyyatının inkişafına əhəmiyyətli dərəcədə töhfə verəcəkdir.

Şirkət əməkdaşlarımızın səmərəli fəaliyyəti və peşəkarlığı sayəsində biz müştərilərimizə yüksək keyfiyyətli məhsullar təqdim edirik və beynəlxalq bazarda rəqabət gücümüzü artırırıq.

Əməkdaşlarımızla birlikdə çalışaraq, şirkətimizi daha da gücləndirməyə və sektordakı lider mövqeyimizi möhkəmləndirməyə qərarlıyam. İnanıram ki, istedadlı komandamız və tərəfdaşlarımızın dəstəyi ilə "Prime Cotton" MMC inkişaf etməyə və Azərbaycanın kənd təsərrüfatı sektoruna və ümumilikdə iqtisadiyyatına əhəmiyyətli töhfə verməyə davam edəcəkdir.

"Prime Cotton" MMC gələcəyi parlaqdır, bizim güclü bir komandamız, mükəmməl bir təməlimiz və böyük imkanlarımız var. Birlikdə çalışaraq "Prime Cotton" MMC-ni zirvələrə aparacaq ölkə sənayemizin və iqtisadiyyatımızın davamlı inkişafına daha böyük uğurlar qazanmağa çalışacağıq.

 

"Prime Cotton" MMC-nin İcraçı direktoru

Rövşən Mahmudov