Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

Prime Cotton

 

              

    Prime Cotton updated their profile picture.    

 ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ SİYASƏTİ

 

Bu siyasət “Prime Cotton” MMC-nin fəaliyyət sahəsini – xam pambığın yetişdirilməsi (kultivasiyası), emalı, satışı və ixracı, həmçinin iplik istehsalı, satışı və ixracı proseslərini əhatə edir.

“Prime Cotton” MMC-nin (sonradan “Cəmiyyət” adlanacaq) məqsədi Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə, ISO 14001:2015 Beynəlxalq Standartın tələblərinə, Cəmiyyətin siyasət və prosedurlarına, tətbiq edilmiş digər tələblərə əməl etməklə tullantıları, ətraf mühit çirklənmələrini minimuma endirmək, yararsız torpaqlarda rekultivasiya işləri apararaq əkin sahələrini genişləndirərək ətraf mühiti yaxşılaşdırmaqdır.

Cəmiyyət ISO 14001:2015 Ətraf Mühitin Mühafizəsi İdarəetmə Sistemini bütün işçilərin əməkdaşlığı ilə daim təkmilləşdirməklə aşağıdakı fəaliyyət istiqamətlərində çalışır:

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ

  • Təhlükəli tullantıların istifadəsini azaldır və xüsusi poliqonlarda utilizasiyasını təmin edir;
  • Tullantıları çeşidləyir, yenidən istifadə və təkrar istehsala göndərir;
  • Müasir kənd təsərrüfatı texnikalarından istifadə etməklə atmosferə atılan tullantıları minimuma endirir;
  • Enerji resurslarından istifadəni minimuma endirmək üçün su, elektrik enerjisi, kağız və digər ağac məhsullarından məsuliyyətlə və rasional şəkildə istifadəni təmin edir;
  • Pivot suvarma sistemini tətbiq etməklə su itkisini minimuma endirir;
  • Ətraf mühitin yanacaq sürtkü materialları və kimyəvi maddələr ilə çirklənməsinin qarşısını almaqla torpaq qatının eroziyasının qarşısını alır;
  • Qlobal istiləşmə və iqlim dəyişiklikləri ilə mübarizə prosesində iştirak edir.

EKOLOJİ ASPEKTLƏRİN İDARƏ OLUNMASI

  • Tullantıları azaltmaq, təbii ehtiyatları qorumaq və təkrar emalı təşviq etməklə ətraf mühitə təsiri minimuma endirmək üçün müvafiq tədbirlər həyata keçirir;
  • Ətraf mühitin qorunması və çirklənmənin qarşısının alınması məqsədilə tullantıların yaranmasına səbəb olan amilləri azaldır və mümkün olduqda aradan qaldırır;
  • Fövqəladə hallar zamanı ətraf mühitə mümkün təsirlərin azaldılması üçün tədbirləri müəyyən edir.

QANUNVERİCİLİYƏ RİAYƏT OLUNMASI

  • Ətraf mühiti mühafizəsi ilə bağlı qanunvericilik tələblərinə tam uyğunluğu təmin edir;
  • İşçilərin təlimlərini qanunvericiliyə uyğun təşkil edir.

TƏLİM VƏ MAARİFLƏNDİRMƏ

  • Cəmiyyət bütün işçilər üçün Ətraf Mühitin Mühafizəsinin təmin edilməsi mövzusunda davamlı təlim və maarifləndirmə tədbirləri təşkil edir;
  • İşçilərin fəal iştirakını və məsləhətləşmələrini təşviq etmək məqsədilə müntəzəm olaraq SƏTƏMM görüşləri təşkil edir.

DAVAMLI TƏKMİLLƏŞDİRMƏ

  • Ətraf mühitin mühafizəsi sahəsində məqsədlərə nail olmaq və performansın davamlı yaxşılaşdırılması üçün Cəmiyyətimiz aydın və ölçülə bilən hədəflər müəyyən edir, bu hədəflərin yerinə yetirilməsini mütəmadi olaraq izləyir, qiymətləndirir və hesabat verir;
  • Dövrü olaraq həyata keçirilən daxili auditlər zamanı bütün əməkdaşların bu siyasətin mənimsəməsi ilə bağlı yoxlamalar həyata keçirir.

“Prime Cotton” MMC olaraq, işçilərimizin müəyyən olunmuş prinsiplərə riayət etməsi vacibdir. Bu siyasət ekoloji idarəetmə sisteminə dair bütün maraqlı tərəflərə açıqlanacaqdır.

Sənəd №: PRC-PL-A222-2501       Reviziya: C1      Reviziya tarixi: 29.07.2025

 

 

KEYFİYYƏT SİYASƏTİ

“Prime Cotton” MMC (sonradan “Cəmiyyət” adlanacaq) pambıq və pambıq məhsullarının istehsalı, emalı və bundan irəli gələn xidmətlərin yüksək fəaliyyət göstəricilərinə nail olmaq məqsədilə mövcud qanunvericiliyə, beynəlxalq və yerli standartlara, eləcə də müştəri tələblərinə və gözləntilərinə tam uyğunluğu təmin etməyə sadiqdir.

Cəmiyyət Keyfiyyət siyasətinin bütün maraqlı tərəflər arasında əlaqələndirilməsi və illik olaraq nəzərdən keçirilməsini təmin etmək üçün gərəkli resursların, liderlik bacarıqlarının, idarəetmənin, keyfiyyət prinsiplərinin təmin olunmasında qərarlıdır.

Müştəri məmnuniyyətini və davamlı inkişafı təmin etmək məqsədilə Cəmiyyət İnteqrəedilmiş Menecment Sisteminin (sonradan “İMS” adlanacaq) tələblərinə uyğun Keyfiyyət İdarəetmə Sistemini tətbiq edir və onu mütəmadi olaraq təkmilləşdirir.

Cəmiyyət Keyfiyyət İdarəetmə Sistemini bütün işçilərin əməkdaşlığı ilə daim inkişaf etdirərək, aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

  • Keyfiyyət İdarəetmə Sisteminin effektivliyini mütəmadi olaraq qiymətləndirir, prosesləri optimallaşdırır və yeni yanaşmalar tətbiq edir;
  • Öz fəaliyyətində kənd təsərrüfatı sahəsində Azərbaycan Respublikasında qüvvədə olan əsas qanunvericilik aktlarının, İMS-in və digər müvafiq tələblərin yerinə yetirilməsini təmin edir;
  • Pambıq istehsalı və emalı sahəsində istehsal gücünü davamlı inkişaf etdirməklə və genişləndirməklə Azərbaycan bazarında lider mövqeyini qoruyur və gücləndirir;
  • Keyfiyyət mədəniyyətini inkişaf etdirmək məqsədilə işçilərin bilik və bacarıqlarını artırır, onların aktiv iştirakını dəstəkləyir;
  • Uzunmüddətli və etibarlı tərəfdaşlıq prinsipləri əsasında keyfiyyətli xammal və xidmətlər təqdim edən təchizatçılarla əməkdaşlıq edir;
  • Dayanıqlı inkişaf prinsipinə uyğun olaraq resurslardan səmərəli istifadə edir, ətraf mühitin qorunmasına və sosial məsuliyyətə töhfə verir;
  • Cəmiyyətin məqsədlərinə və strateji istiqamətinə təsir göstərə biləcək amilləri daim nəzərə alır;
  • Müştəri rəylərini toplayır və təhlili əsasında müştəri məmnuniyyətini qiymətləndirir, müvafiq tədbirlərlə cavab verilməsi və yaranmış uyğunsuzluqların vaxtında aradan qaldırılmasını təmin edir;
  • Müştərilər, təchizatçılar və digər maraqlı tərəflər ilə qarşılıqlı əlaqələri inkişaf etdirir və səmərəliliyi artırır;
  • Risk əsaslı idarəetməni təmin edərək yüksək keyfiyyət standartlarına uyğun təhlükəsiz fəaliyyət üçün bütün nəzarət tədbirlərini tətbiq edir.

Cəmiyyətin Keyfiyyət siyasəti müəssisənin daxilində işçilər arasında tətbiq edilir, həmçinin müvafiq maraqlı tərəflər üçün əlçatanlığı təmin edilir. Hazırki siyasət məqsədlərin formalaşdırılmasının əsasını təşkil edir.

Sənəd №: PRC-PL-A211-2501    Reviziya: C1     Reviziya tarixi: 29.07.2025

 

 

PEŞƏ SAĞLAMLIĞI VƏ ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ SİYASƏTİ

“Prime Cotton” MMC (sonradan “Cəmiyyət” adlanacaq) pambıq və pambıq məhsullarının istehsalı, emalı və bundan irəli gələn xidmətlərin yüksək fəaliyyət göstəricilərinə nail olmaq məqsədi ilə Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə, İSO 45001:2018 Beynəlxalq Standartın tələblərinə, Cəmiyyətin siyasət və prosedurlarına, tətbiq edilmiş digər tələblərə əməl etməklə insanların peşə sağlamlığına, əməyin təhlükəsizliyinə, müəssisənin əmlakına zərər vurmadan təhlükəsiz iş mühiti yaratmaq və fəaliyyət sahəsində bədbəxt hadisələrin sayını minimuma endirməyi təmin etməyə sadiqdir. Cəmiyyət bədbəxt hadisələr və xəsarətlər nəticəsində işçilərin, ziyarətçilərin, podratçıların, təchizatçı və digər maraqlı tərəflərin sağlamlığına zərər dəyməsinin qarşısını almağı əsas prioritetlərindən biri kimi müəyyən edir.

Cəmiyyət peşə sağlamlığı, əməyin təhlükəsizliyi idarəetmə sistemini bütün işçilərin əməkdaşlığı ilə daim təkmilləşdirməklə aşağıdakı fəaliyyət istiqamətlərində çalışır:

PEŞƏ SAĞLAMLIĞI VƏ ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ

  • Öz işçilərinin sağlamlığını, təhlükəsizliyini və rifahını obyektiv və effektiv şəkildə təmin etməyi fundamental vəzifə və öhdəlikləri kimi tanıyır və qəbul edir;
  • Təhlükəli işlər üçün SƏTƏMM idarəetmə və təhlükəsiz iş sistemini işləyib hazırlayır;
  • Yanğınsöndürmə sistemlərini və fövqəladə hallara qarşı müdafiə vasitələrini daim işlək vəziyyətdə saxlayır;
  •  İşçilərini zəruri fərdi mühafizə vasitələri (sonradan “FMV”) ilə təmin edir.

TƏHLÜKƏLƏRİN MÜƏYYƏN EDİLMƏSİ VƏ RİSKLƏRİN İDARƏ OLUNMASI

  • İş qəzalarına və peşə xəstəliklərinə səbəb ola biləcək təhlükəli vəziyyətlərin və riskli davranışların qarşısını almaq üçün mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir;
  • İşçiləri cəlb etməklə görülən işlərin təhlükələrini müəyyən edərək, risk səviyyəsini qiymətləndirir və bu riskləri qəbul edilə bilən səviyyəyə endirmək üçün müvafiq tədbirlər həyata keçirir.

QANUNVERİCİLİYƏ RİAYƏT OLUNMASI

  • SƏTƏMM – ə dair qanunvericilik tələblərinə tam uyğunluğu təmin edir;
  • FMV – nin istifadəsini və işçilərin SƏTƏMM təlimlərini qanunvericiliyə uyğun təşkil edir.

TƏLİM VƏ MAARİFLƏNDİRMƏ

  • Cəmiyyət bütün işçilər üçün SƏTƏMM – in təmin edilməsi mövzusunda davamlı təlim və maarifləndirmə tədbirləri təşkil edir;
  • İşçilərin fəal iştirakını və məsləhətləşmələrini təşviq etmək məqsədilə müntəzəm olaraq SƏTƏMM görüşləri təşkil edir, təhlükəsiz davranış mədəniyyətini inkişaf etdirir və kollektiv müzakirələr keçirərək iş yerində təhlükəsizlik və sağlamlıq məsələlərinə dair fikir mübadiləsi aparır.

DAVAMLI TƏKMİLLƏŞDİRMƏ

  • Peşə sağlamlığı və əməyin təhlükəsizliyi sahəsində məqsədlərə nail olmaq və performansın davamlı yaxşılaşdırılması üçün Cəmiyyətimiz aydın və ölçülə bilən hədəflər müəyyən edir, bu hədəflərin yerinə yetirilməsini mütəmadi olaraq izləyir, qiymətləndirir və hesabat verir;
  • Dövrü olaraq həyata keçirilən daxili auditlər zamanı bütün əməkdaşların bu siyasətin mənimsəməsi ilə bağlı yoxlamalar həyata keçirir.

“Prime Cotton” MMC olaraq, işçilərimizin bu siyasətdə müəyyən olunmuş prinsiplərə riayət etməsi vacibdir.

Rövşən Mahmudov

Baş İcraçı Direktor

Sənəd №: PRC-PL-A221-2501      Reviziya: C1       Reviziya tarixi: 28.07.2025

PDF Yüklə