İnnovativ fəaliyyət baxımından xüsusi nümayiş və müşahidə sahələri yaradılmışdır ki, həmin sahələrdə yeni pambıq sortları və dərman preparatlarının təsir imkanları yoxlanılır.
Pambıq sovkasına qarşı vaxtında və düzgün mübarizə apara bilmək üçün 200 ədəd feromon alınmış və rayonlar üzrə fermerlərin sahələrində yerləşdirilmişdir.
Sovkanın nəsillər üzrə həyat mərhələlərini müşahidə etmək, dərman preparatlarından vaxtında və düzgün istifadə edə bilmək üçün feromonların əhəmiyyəti böyükdür. Artıq bu müşahidələr sovka ilə mübarizədə üstün cəhətlərini göstərməkdədir.