Gender bərabərliyinin qorunması hər zaman Prime Cotton-un prioritet siyasətlərindən biri olmuşdur. Biz işə qəbul zamanı qadın ərizəçilərin müraciətlərini dəstəkləyirik.
Dayanıqlı İnkişaf Məqsədləri
BMT Baş Assambleyasının 2015-ci il qətnaməsi ilə növbəti 15 il insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığını təmin edilməsinə təkan verəcək 17 məqsəd və 169 hədəfdən ibarət “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” (bundan sonra - “Gündəlik 2030”) təsdiq edilmişdir. “Gündəlik-2030”la müəyyən edilmiş 17 qlobal məqsəd və hədəflər dayanıqlı inkişafın həyata keçirilməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən icrası zəruri hesab edilən kollektiv tədbirləri özündə əks etdirir. Dayanıqlılıq bizim əsas dəyərlərimizdən biridir və aydındır ki, “MKT İK” MMC 17 DİM-in hər birini reallaşdıra bilməz. “MKT İK” MMC aşağıdakı DİM-ləri qəbul etməklə bu mühüm gündəliyə öz töhfəsini vermək niyyətindədir:
Prime Cotton Azərbaycan hökumətinin minimum əmək haqqı tənzimlənməsinə sadiq qalır. Biz işçilərimizin öz işlərindən zövq aldıqları və onların bütün əmək hüquqlarına hörmətlə yanaşıldığı bir mühit yaratmaq üçün əlimizdən gələni edirik. Şirkətimizin daxili siyasəti və qanunvericiliyə əsasən iş mühitində heç bir diskriminasiya yol verməməyə çalışırıq.
İnfrastrukturu qorumaq və inkişaf etdirmək, sahibkarlığa və innovasiyaya investisiya qoymaq bizim əsas prioritetlərimizdən biridir. Müxtəlif regionlarda yerləsən 6 İnnovasiya Fermer təsərrüfatlarımızda biz müxtəlif növ toxumları, kimyəvi məhsulları, texnikaları sınaqdan keçirir və sınaqların nəticələri araşdırılaraq yeniliklərin daha böyük tətbiqi üçün çalışırıq.
Biz “Məsuliyyətli İstehlak və İstehsal” Davamlı İnkişaf Məqsədini əsas prinsiplərimizdən biri hesab edirik. Biz davamlı istehlak və istehsal qaydalarına uyğun fəaliyyət göstəririk. Cəmiyyətin satınalma və təchizat fəaliyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi və şirkət daxili satınalma prosedurları və nizamnamələri ilə tənzimlənir.
Prime Cotton əkin həyata keçirdiyi torpaqların məhsuldarlığının artırılması üçün daima yeni əkin texnologiyalarını araşdıraraq tətbiqini həyata keçirir. Bu mövzuda düzgün suvarma üsulları, zərərvericilərlə mübarizə və ən əsası növbəli əkin üsulu prioritet daşıyır.
Prime Cotton 2003-cü ildən etibarən ICA-nın və 2021-ci ildən isə Azərbaycan Pambıq İstehsalçılar Assaosiyasıyasının üzvüdür.