Vəzifə funksiyaları
- Şirkət təchizat strategiyasına uyğun yeni təchizat mənbələrinin və tədarükçülərin araşdırılması və mövcud təchizatçı bazasın genişləndirilməsi;
- Mövcud təchizatçı bazası ilə daimi əməkdaşlıq və daha əlverişli şərtlərin əldə edilməsi;
- Yeni təchizatçılarla şirkət strategiyasına uyğun ilkin danışıqların aparılması və şərtlərin müəyyənləşdirilməsi;
- Təchizatçı siyahısına qeydiyyat və təchizatçıların qiymətləndirmə işinin təşkili;
- Təchizat şöbəsi sənəd dövriyyəsi işinə nəzarət;
- Yerli və xarici bazar üzrə yeni imkanların və risklərin izlənilməsi;
Tələblər
- 1 il təchizat, satınalma sahəsində təcrübə;
- Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dillərində şifahi və yazılı ünsiyyət bacarıqları;
- İnternet resursları, kataloq və portallarda axtarış bacarıqları;
- Analitik düşünmə qabiliyyəti;
- Mövcud bazar iştirakçılarını tanımaq;
Komandada işləmək bacarığı.İş qrafiki: 5 günlük, 09:30-18:30 Müraciət qaydaları:
CV –ni Azərbaycan dilində career@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Təchizat üzrə kiçik mütəxəssis-(Sourcing junior specialist)” yazmaqla müraciət edilir.