Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

Prime Cotton PAMBIĞIN MƏNŞƏYİNİ ELMİ ÜSULLARLA TƏSDİQLƏYƏN İLK AZƏRBAYCAN ŞİRKƏTİ OLDU

24.11.2025

Geodentify-nin mobil nümunə götürmə tətbiqi və laborator metodologiyası əsasında Prime Cotton tərəfindən tarlalardan bölgəvi alış mərkəzlərinə qədər sistemli nümunə götürmə proqramı həyata keçiriləcək. Bu proses hər istehsal bölgəsinin unikal Geo Signature (coğrafi kimlik imzası) ilə qeydiyyata alınmasını təmin edir. Layihə çərçivəsində Stable Isotope Ratio Analysis (SIRA) və Trace Element Analysis (TEA) kimi qabaqcıl elmi metodlardan istifadə olunaraq Prime Cotton-un istehsal bölgələrinin unikal “elmi barmaq izi” formalaşdırılır. Bu sistem vasitəsilə pambığın həqiqiliyini və mənşəyini tarladan son tekstil məhsuluna qədər olan istənilən nöqtədə elm əsaslı şəkildə yoxlamaq mümkün olacaq. “Bu təşəbbüs Prime Cotton-un pambıq istehsalında şəffaflıq və izlənəbilərlik prinsipini tamamilə yeni mərhələyə yüksəldir. Biz artıq yalnız yüksək keyfiyyətli xammal istehsalçısı deyil, həm də mənşəyi sübut edilə bilən, etibarlı təchizat zəncirinin qurucusuyuq,” – deyə Prime Cotton şirkətinin Baş icraçı direktoru Rövşən Mahmudov bildirib. Yeni sistem GP Cotton Holdings-in “dirt-to-shirt” (torpaqdan köynəyə) prinsipinə əsaslanan vertikal inteqrasiya olunmuş istehsal modelini daha da gücləndirir, şirkətin davamlılıq (sustainability) və ESG öhdəliklərini elmi əsaslarla təsdiqləyir. Bununla yanaşı, beynəlxalq alıcılar üçün pambığın mənşəyi barədə real vaxt rejimində sübutlu məlumat əldə etmək imkanı yaradır. Bu nailiyyət Prime Cotton-un artıq sahəsində əldə etdiyi digər beynəlxalq sertifikatların – ISO 9001 keyfiyyət idarəetmə sistemi, ISO 14001 ekoloji idarəetmə sistemi və OEKO-TEX® Standard 100 kimi tanınmış standartların – davamı olaraq şirkətin qlobal etibarlılığını və texnoloji liderliyini daha da möhkəmləndirir.