“MKT İstehsalat Kommersiya” MMC-nin işçi heyəti, qarşıdakı dövr üçün strateji yol xəritəsinin yaradılması və mövcud planlara dəyişikliklərin və əlavələrin edilməsi məqsədilə əhəmiyyətli bir görüş keçirdi.
Görüş zamanı fəaliyyətlərimizi daha da inkişaf etdirmək üçün mühüm qərarlar qəbul edildi və gələcək üçün strateji məqsədlər müəyyənləşdirildi.
Məqsədimiz, pambıqçılıq sektorunda liderliyimizi qoruyaraq daha da böyümək və tərəfdaşlarımızın ehtiyaclarına cavab verəcək yeniliklər təqdim etməkdir. Yeni dövr üçün hazırladığımız bu yol xəritəsi ilə daha böyük uğurlara imza atacağımıza inanırıq.