“MKT İstehsalat Kommersiya” MMC şirkəti 2021-ci ildən etibarən şirkət daxili ekoloji məsələlərin daha da təkmilləşdirilməsi, münasib qaydalar çərçivəsində işləməsi və ekoloji risklərin və tullantıların idarə olunması üzrə mühüm addımlar atmağa davam edir. 3 il ərzində müxtəlif müqavilələr bağlayaraq şirkətin ekoloji aspektlərinin qiymətləndirilməsi, ekoloji standartlarının müəyyən edilməsi və tədbirlərin görülməsi üzrə işlər aparılmışdır. Şirkətdaxili normativ və qaydalar üzərindən ekoloji sənədlər toplusu yaradılmışdır və bu proses hal-hazırda davam etdirilir.
Görülən layihələrdən biri də tullantıların azaldılması və düzgün qaydada utilizasiyası ilə əlaqədardır. Tullantıların böyük həcmini pambığın qərzək tullantıları təşkil edir. Bu tullantılar yanğın təhlükəsi yarada biləcək material olduğundan, onların idarə olunması xüsusi diqqət tələb edir. Ekoloji təhlükəsizliyi təmin etmək və xərcləri optimallaşdırmaq məqsədilə, "Holcim” ASC şirkəti ilə strateji əməkdaşlıq yaradılmışdır. Bu əməkdaşlıq çərçivəsində, 2023-cü ildən bugünə qədər Salyan, Zərdab, Biləsuvar və Neftçala filiallarından ümumilikdə 1208 ton qərzək tullantısı "Holcim” ASC şirkətinə daşınmışdır. Bu tullantılar "Holcim ASC"-nin ekoloji standartlara uyğun sobalarında yandırılaraq, həm təhlükəsizlik təmin edilir, həm də sement istehsalında istifadə olunan qaz sərfiyyatının azaldılmasına xidmət edir.
Bu proses, həm ətraf mühitin qorunmasına, həm də sənaye tullantılarının təkrar emalına dair şirkətin ekoloji öhdəliklərinə sadiqliyini nümayiş etdirir.
EN
RU