Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

“MKT İK” MMC “Mərkəzi Qan Bankı” ilə birgə “Qan Ver, Həyat Xilas Et” şüarı ilə könüllü qanvermə aksiyası keçirib.

06.07.2022

Qurban Bayramı ərəfəsində “MKT İK” MMC “Mərkəzi Qan Bankı” ilə birgə MKT Ağdam filialında “Qan Ver, Həyat Xilas Et” şüarı ilə könüllü qanvermə aksiyası keçirib. Qanvermə aksiyanın keçirilməsində başlıca məqsəd hər ay qan köçürülməsinə ehtiyac duyan Hemofiliya və Talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların sağlamlığının qorunmasına kömək etməkdir.

Aksiya Mərkəzi Qan Bankının həkim briqadası tərəfindən icra edilib. Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər. Könüllü donor kimi Qızıl Aypara Cəmiyyəti, Mexaniki Suvarma İdarəsi, Medilife klinikası, Azərsun, MKT Ağdam, MKT Ağcəbədi, MKT Lənbəran fililialının əməkdaşları digər könüllü şəxslər qan veriblər. Aksiya çərçivəsində yüzdən çox könüllü donordan qan götürülüb. Həmçinin tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsənov Vaqif iştirak edərək “MKT İK” MMC-nin bu addımını yüksək qiymətləndirmiş, qanvermə aksiyasında iştirak edən donorlara minnətdarlığını bildirmişdir.

Götürülən qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçirildikdən sonra Mərkəzi Qan Bankında toplanacaqdır.