8 Noyabr "Zəfər Günü" münasibətilə “MKT İK” MMC, anım tədbiri keçirib. Tədbirdə şirkətin ikinci Qarabağ müharibəsində iştirak etmiş əməkdaşlarının bir qrupu, şirkət rəhbərliyi və şəhid ailələri iştirak edib.
Tədbirdə ilk öncə vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə “MKT İK” MMC-nin Baş İnzibati direktoru Rüfət İsmayılov və İnsan Resursları üzrə baş direktor Asif Bədəlov çıxış edərək tədbirdə iştirak edən müharibə iştirakçılarını və əməkdaşları təbrik edib. Daha sonra tədbirdə iştirak edən qazilər çıxış edərək müharibə xatirələrini və zəfər sevinclərini bölüşüblər.
Tədbirin sonunda Azərbaycan Dövlət Himni səsləndirilib və şirkətdə çalışan müharibə iştirakçılarına mükafatlar təqdim olunub.