6 və 7 avqust 2024-cü il tarixlərində "MKT İstehsalat Kommersiya" MMC-nin Xam pambıq istehsalı şöbəsinin rəhbəri İsmail Abay və müavini Həşim Camalov Neftçala, Saatlı, Ağcabədi və Bərdə rayonlarında Neftçala, Salyan, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Ağcabədi, Ağdam, Zərdab, Beyləqan, Bərdə, Tərtər və Yevlax filiallarının direktorları, aqronomlar və ərazi nümayəndələrinin iştirakı ilə təlim tipli tarla görüşləri keçirildi. Keçirilən görüşlərdə pambıq yığımına qədər ortaya çıxa biləcək zərərvericilərlə mübarizə, aprobasiyanındüzgün hesablanması, defoliant istifadəsində diqqət edilməli olan nüanslar (Yarpaq tökücü ilə qoza açdırıcının qarışıq səpini), suvarmanın dayandırılacağı tarix, kalium tərkibli yarpaq gübrələrinin istifadə qaydaları və müxtəlif mövzular müzakirə olundu.
Bu təlimlərin məqsədi kənd təsərrüfatı işçilərinin bilik və bacarıqlarını artırmaq, pambıq sahələrində daha məhsuldar və effektiv işləmələrinə dəstək verməkdir. Bu görüşlərdə verilən biliklər, pambıq yetişdirilməsində daha yaxşı nəticələr əldə edilməsinə kömək edəcəkdir.
EN
RU