6 və 7 avqust 2024-cü il tarixlərində "MKT İstehsalat Kommersiya" MMC-nin Xam pambıq istehsalı şöbəsinin rəhbəri İsmail Abay və müavini Həşim Camalov Neftçala, Saatlı, Beyləqan Ağdam, Bərdə, Zərdab və Yevlax rayonlarında Neftçala, Salyan, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Ağcabədi, Ağdam, Zərdab, Beyləqan, Bərdə, Tərtər və Yevlax filiallarının direktorları, aqronomlar və ərazi nümayəndələrinin iştirakı ilə təlim tipli tarla görüşləri keçirildi. Keçirilən görüşlərdə aprobasiyanın düzgün hesablanması, defoliant atma zamanının təyin edilməsi, defoliant ilə birlikdə qlifoset dərmanının istifadə qaydaları və müxtəlif mövzular müzakirə olundu.
Bu təlimlərin məqsədi kənd təsərrüfatı işçilərinin bilik və bacarıqlarını artırmaq, pambıq sahələrində daha məhsuldar və effektiv işləmələrinə dəstək verməkdir. Bu görüşlərdə verilən biliklər, pambıq yetişdirilməsində daha yaxşı nəticələr əldə edilməsinə kömək edəcəkdir.
EN
RU