Prime Cotton
GP Cotton Holdings tərkibində fəaliyyət göstərən şirkətin inteqrasiya olunmuş istehsal zəncirinə 10 pambıq təmizləmə zavodu və 3 iplik fabriki daxildir. Bu sistem pambığın becərilməsindən başlayaraq iplik və digər məhsulların istehsalına qədər bütün mərhələlərə tam nəzarət etməyə imkan verir.
Şirkətin iplik istehsalı müəssisələri Mingəçevir, Bakı və Sumqayıt şəhərlərində yerləşir və Almaniya, Yaponiya və İtaliya kimi ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Bu texnologiyalar məhsulların yüksək keyfiyyət, təmizlik və sabit standartlarla istehsalını təmin edir.
EN
RU