Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

#pambiq #mktikmmc #mktistehsalatkommersiya #yardım

20.06.2023

“MKT İstehsalat Kommersiya” Koporativ Sosial Məsuliyyət çərçivəsində təşəbbüskar addımlar atmağa davam edir. Şirkət, şəhid övladlarına dəstək məqsədi daşıyan “Uşaqlar gələcəyimizin əmanətdir” adlı layihəyə start verib. Layihə, Aran rayonlarında yaşayan 44 günlük Vətən Müharibəsi zamanı, həmçinin zəfərdən sonra və sentyabr təxribatları zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanların azyaşlı, ibtidai sinif, orta məktəb, tələbə olmaqla toplamda 314-dən çox uşağını əhatə edir.

Bu layihə, uşaqların yeni tədris ilinə və gənclərin təhsilinə dəstək məqsədi daşımaqdadır. Təşkil edilən layihə çərçivəsində, uşaqlara müəyyən edilmiş yaş kateqoriyasına əsasən məktəbli çantaları, dərs ləvazımatları, oyuncaqlar, birdəfəlik maddi yardım və bir illik təqaüdün verilməsi planlaşdırılır.

Layihənin ilkin mərhələsi iyun ayında başlamışdır. İlkin olaraq məktəbəqədər uşaqları əhatə edən layihədə Ağdam, Neftçala, Salyan, Saatlı, Sabirabad, İmişli, Tərtər, Goranboy, Zərdab rayonlarında yaşayan uşaqlar və onların ailələri iştirak etmişdir.

Tədbir müddətində adı qeyd olunan rayonlarda yaşayan şəhid övladları yaşadıqları ünvandan “MKT İK” MMC-nin Ağdam və Saatli rayonlarında yerləşən filiallarına gətirilərək ofis əməkdaşları ilə tanış olublar. Filialda səmərəli vaxt keçirən uşaqlara müxtəlif hədiyyələr, məktəbli çantaları, dərs ləvazımatları təqdim olunub və uşaqlar əyləncə dolu gün keçiriblər.

Şirkət korporativ sosial məsuliyyət çərçivəsində bu tipli layihələrin uzunmüddətli davam etməsini planlaşdırır.