Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

"MKT İstehsalat Kommersiya" MMC-nin rəhbərliyi filiallara səfər etmişdir

02.07.2024

İyun ayı ərzində "MKT İstehsalat Kommersiya" MMC-nin İdarə Heyətinin sədri Rövşən Mahmudov MKT Ağcabədi filialına səfər etmişdir. O, filialda gedən işlərlə tanış olaraq, rəhbərliyə əlavə tapşırıqlar vermiş, texnika parkında mövcud olan avadanlıqları və saxlancda olan texnikaların hazırkı vəziyyətini nəzərdən keçirmiş və həmçinin filial ərazisində aparılmış abadlıq və təmizlik işlərinin davam etdirilməsinin vacibliyini vurğulamışdır.

Daha sonra MKT Ağcabədi filialının fermeri Ramil Abdullayevə məxsus 40 hektarlıq əkin sahəsinə səfər edərək, aparılmış aqrotexniki işlərlə tanış olmuş və sahənin hazırki vəziyyətini qənaətbəxş hesab etmişdir. Sahədə becərmə işləri aparan texnikalara baxış keçirən Mahmudov, mexanizatorlarla da fərdi söhbətlər aparmışdır.