Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin birgə təşkilatçılığı ilə keçirilən IV Aqrar Startaplar və İnnovasiya Forumunda "Prime Cotton" olaraq iştirak etdik.
Forum dövlət və özəl qurumları, ali təhsil müəssisələrini, investorları, akselerasiya və inkubasiya mərkəzlərini, eləcə də aqrar startapları bir araya gətirdi.
Stendimizdə pambıqçılıqda tətbiq etdiyimiz innovativ həlləri, dəyər zəncirinin bütün mərhələlərində həyata keçirdiyimiz prosesləri və davamlı resurs idarəçiliyi yanaşmamızı təqdim etdik.
Bu forum "Prime Cotton" üçün innovasiya əsaslı əməkdaşlıqların genişləndirilməsi və aqrar sahədə texnoloji həllərimizin daha geniş auditoriyaya təqdim olunması baxımından əhəmiyyətli platforma oldu.
AZ
RU